Peskov Polşa olayını yenə dandı 

“Başqa ölkənin hava məkanının pozulması ilə bağlı Rusiya hərbçilərinə qarşı ittihamlar tutarlı arqumentlərlə müşayiət olunmalıdır”.

Sep 23, 2025 - 15:49
Peskov Polşa olayını yenə dandı 

SAVASHMEDİA.az RBC-yə istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorskinin bəyanatını şərh edərkən Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü bu məqamda Rusiya Müdafiə Nazirliyinin bütün uçuşların beynəlxalq qaydalara ciddi riayət olunmaqla həyata keçirildiyini vurğulayan bəyanatlarını xatırladıb.

“Bilirsiniz ki, biz çox məsuliyyətli mövqe tuturuq. Hərbçilərimizin ünvanına guya bəzi sərhədlərin təyyarələr tərəfindən pozulması ilə bağlı istənilən ittihamlar əvvəlki kimi bir dəfə olsun belə heç bir etibarlı məlumat və ya inandırıcı arqumentlərlə əsaslandırılmayıb. Belə arqumentlər olmadığı halda, biz bu bəyanatlara müvafiq şəkildə yanaşırıq”, - deyə Peskov iddia edib. 

Xatırladaq ki, Polşanın xarici işlər naziri ölkəsinə Rusiya dronlarının soxulmasından sonra Moskvaya xəbərdarlıq edib. “Mənim Rusiya hökumətindən yalnız bir xahişim var: əgər daha bir raket və ya hava gəmisi bizim hava məkanımızı icazəsiz, qəsdən və ya səhvən keçərsə və vurularsa, qalıqları isə NATO ərazisinə düşərsə, şikayət üçün buraya gəlməyin. Sizə xəbərdarlıq edilib”, - deyə Sikorski bildirib.

Xatirə SADİQ