“Tramp diktator Stalinin arzusunu həyata keçirir” – keçmiş səfir
“ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı siyasəti ilə sovet diktatoru Stalinin arzusunu həyata keçirməyə kömək edir”.
SAVASHMEDİA.az “The Hill” nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ-nin Yaponiyadakı keçmiş səfiri Ram Emanuel deyib.
“NATO-nu parçalamaq və Atlantik ittifaqı korlamaq – İosif Stalinin vaxtından bəri Rusiyanın yeganə məqsədi olub və amerikalı prezident Stalinin həmin arzusunu həyata keçirib”, - deyə Emanuel bildirib.
Onun sözlərinə görə, indiki Amerika administrasiyası Moskva ilə ikitərəfli danışıqlara daxil olmaqla, “Rusiyanın xarici siyasətinin bütün məqsədlərinə” xidmət edir.
“Avropalı olsaydım, deyərdim: Əla, biz gəlirik. Biz danışıqlar masasına oturmağa hazırlaşırıq. Çünki Birləşmiş Ştatlar komandasının böyüklər tərəfindən nəzarətə ehtiyacı var”, - keçmiş amerikalı diplomat istehza ilə vurğulayıb.
Xatirə SADİQ