"Ölü,diri qalmırdı, söyürdü, hər gün məndən pul alırdı" - Xatirə İslam
Xatirə İslamla Rüfət Axundov qonaq olduqları şou-proqramda məzəli açıqlamalar veriblər.
"İllər əvvəl Xatirə ilə birlikdə çalışırdıq. Bir "09" markalı maşınım var idi. Hər gün Xatirəni evə aparırdım, onu söyürdüm və yuduzdurma pulunu ondan alırdım. Taksi pulunu verməsə, sabahki toydan aldığımız qonorardan çıxırdım Yolları palçıq olurdu".
Bu sözləri müğənni Rüfət Axundov keçmiş duet ortağı Xatirə İslamla bağlı xatirələrində danışıb.
Xatirə isə deyib: "Hər gün məni evə gətirirdi. Taksiyə verdiyimi ona verirdim. Hər dəfə məhlədən keçəndə ölü, diri qalmırdı, söyürdü. Bizim də küçələrimiz palçıq idi. Bir dəfə də deyir ki, siz hər gün burada qalırsınız?". (lent.az)