“Rus dilinə dövlət statusu verilməyəcək” - Zelenski 

Ukrayna prezidenti Volodimir Zelenski rus dilinə Ukraynada ikinci dövlət dili statusu verilməsi barədə Moskvanın tələbini rədd edib. 

Aug 21, 2025 - 13:33
“Rus dilinə dövlət statusu verilməyəcək” - Zelenski 

SAVASHMEDİA.az UNİAN-a istinadən xəbər verir ki, Ukrayna prezidenti bunu yerli jurnalistlərə bildirib. 

“Bizim bir dövlət dilimiz var – Ukrayna dili. Ruslar nə istəsələr deyə bilərlər. Mən hesab edirəm ki, onlar danışıqlar prosesini mürəkkəbləşdirmək üçün belə ultimatumlar verirlər”, - deyə Ukrayna prezidenti vurğulayıb.
 
Xatirə SADİQ