“Avropanın bu məsələdə aparıcı rol oynamasını gözləyirik” - Cey Di Vens
“Avropa Ukraynanın təhlükəsizliyi üzrə xərclərinin ən böyük hissəsini ödəməli olacaq”.
SAVASHMEDİA.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib.
“Düşünmürəm ki, biz bu yükü daşımalıyıq. Prezident Tramp şübhəsiz ki, Avropanın burada aparıcı rol oynamasını gözləyir”, - deyə agentlik Cey Di Vensin sözlərini sitat gətirib.
Onun sözlərinə görə, bu, hansı formada olursa olsun, avropalılar yükün böyük payını öz üzərlərinə götürməli olacaqlar.
“Bu, onların qitəsidir, bu onların təhlükəsizliyidir və prezident açıq şəkildə bildirdi: onlar müdaxilə etməli olacaqlar”, - deyə amerikalı vitse-prezident söyləyib.
Xatirə SADİQ