Məşhur türk aktyor saxlanıldı – Xərac istəyib... – ANBAAN VİDEO

Türkiyənin məşhur aktyoru Ufuk Bayraktar saxlanılıb.

Aug 21, 2025 - 13:23
Məşhur türk aktyor saxlanıldı – Xərac istəyib...  – ANBAAN VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb aktyorun bir restorana hücum edərək xərac istəməsi olub.

Belə ki, 43 yaşlı aktyor ötən həftə 5 nəfərlə birgə İstanbulun Beyoğlu səmtində bir restorana girərək sahibinə “obyektinə çökəcəklər, biz səni qoruyarıq, 25 min lirə verməlisən” deyib. Məkanın sahibi aktyorun istəyini qəbul etməyib. U.Bayraktar ötən gün yenidən həmin restorana gələrək “ya 10 min lirə verməlisən, ya da səni vuracağam” deyib.

Aktyorun xərac tələbi təhlükəsizlik kamerasına düşüb. Restoranın sahibi həmin görüntülər əsasında onu polisə şikayət edib. Nəticədə Ufuk Bayraktar saxlanılıb.

Məlumata görə, U.Bayraktar 2007-ci ildə də bir hadisəyə qarışdığına görə, 6 aylıq həbs edilib.

Qeyd edək ki, U.Bayraktar yayımlandığı dönəmlərdə reytinq rekordları qıran “Ezel” serialında “Ramiz Karaeski – Ramiz dayı” obrazının gənclik illərini, “Dayı 2: Bir Adamın Hikayesi” filmində isə baş rolu canlandırıb.

Banu

Fotolarda: Ufuk Bayraktar