Təyyarə qəzası, hamı öldü

İllinoys ştatının Trill şəhərində kiçik bir mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.

Apr 20, 2025 - 21:07
Təyyarə qəzası, hamı öldü

"NBC News" xəbər verir ki, təyyarə Viskonsin ştatının Menomonie şəhərindən havaya qalxıb və səhər saat 10:15 radələrində qəzaya uğrayıb.

Təyyarədə olanların hamısı həlak olub.

Qəzanı araşdıracaq Milli Nəqliyyat Təhlükəsizliyi Şurası təyyarənin Cessna C180G modeli olduğunu müəyyən edib. (teleqraf)