Bəşər Əsəd Moskvada zəhərləndi - "Nəfəs almaqda çətinlik çəkir"

Rusiyaya qaçan Bəşər Əsədin Moskvada zəhərləndiyi iddia olunub.

Jan 2, 2025 - 13:59
Bəşər Əsəd Moskvada zəhərləndi - "Nəfəs almaqda çətinlik çəkir"

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İngilitərənin “The Sun” qəzeti yazıb.

“The Sun”da yer alan xəbərə görə, Əsədi zəhərlə öldürməyə cəhd edilib. Rusiya prezidenti Vladimir Putinin himayəsində olan Əsədin ötən bazar günü xəstələndiyi bildirilir.

"Keçmiş Suriya Dövlət Başçısı Bəşar Əsədə qarşı sui-qəsd cəhdi olduğu ilə bağlı ciddi şübhələr var. Bazar günü günortadan sonra Əsəd qorumasına özünü pis hiss etdiyini, nəfəs almaqda çətinlik çəkdiyini bildirərək tibbi yardım çağırılmasını istəyib. Bu tələbindən dərhal sonra Əsəd şiddətli bir öskürək tutdub və nəfəs almaqda çətinlik çəkib. Ona su verilib, vəziyyət qismən nəzarət altına alınıb, amma nəfəsi tamamilə normaya dönməyib. Həkimlər yanına gəldikdə vəziyyəti daha da pisləşib. Əsədin olduğu yerə müalicə üçün komandalar göndərilib", - iddiada qeyd edilir.

İngilis "Express" qəzetinin də yer verdiyi iddiaya görə, Əsəddən alınan qan nümunələrində zəhərli maddəyə məruz qaldığına dair izlər tapılıb.

Həmçinin Telegram kanalının iddiasında "Rusiya Dövlət Başçısı Putinin köməkçisi Nikolay Patruşevə təqdim edilən hesabata əsasən hadisə ilə bağlı istintaq başladılıb. Lakin hələlik Bəşar Əsədin necə zəhərləndiyi ilə bağlı hər hansı bir məlumat əldə olunmayıb".

Oğuz