Şirvanda saxta pul kəsən canına qəsd etmək istədi - Polis yaxaladı
Şirvanda saxta pul dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
SAVASHMEDİA.az DİN-ə istinadla xəbər verir ki, bu, Mərahim Fərəcovdur.
Əməliyyat zamanı adıçəkilən şəxs özünə xəsarət yetirərək məsuliyyətdən yayınmağa çalışıb. Onun bu cəhdinin qarşısı alınıb və o, saxlanılaraq istintaqa təhvil verilib.
Həmin şəxsdən psixotrop maddə olan metamfetamin, eləcə də saxta pul əskinasları götürülüb.
M.Fərəcov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.