Lənkəranda sərnişin avtobusu aşdı, 21 nəfər yaralandı - Hadisə yerindən VİDEO
Lənkəranda ağır yol-nəqliyyat hadisəsi vaş verib.
![Lənkəranda sərnişin avtobusu aşdı, 21 nəfər yaralandı - Hadisə yerindən VİDEO](https://savashmedia.az/uploads/images/202411/image_870x_6735f7d3a5dcb.webp)
SAVASHMEDİA.az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Lənkəran şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, sərnişin avtobusu minik avtomobilinin üzərinə aşıb.
TƏBİB-dən bildirilib ki, qəza nəticəsində bu gün saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir.
Həmin şəxslər vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.