ABŞ Putinə sui-qəsd planı hazırlayıb?

“ABŞ-nin xüsusi xitmət orqanları həqiqətən də Rusiya prezidenti Vladimir Putinə qarşı sui-qəsd planları hazırlaya bilərdi”. 

Jan 28, 2025 - 10:48
ABŞ Putinə sui-qəsd planı hazırlayıb?

SAVASHMEDİA.az xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Aleksey Çepa əminliklə iddia edib. 

“Kəşfiyyat xidmətləri müxtəlif istiqamətlərdə işləyir və mən şübhə etmirəm ki, belə planlar qurulub”, - deyə deputat vurğulayıb. 

Çepa qeyd edib ki, müxtəlif insanlara qarşı terror aktları Amerika kəşfiyyat xidmətlərinin köməyi ilə həyata keçirilib. Ona görə də o, ABŞ-nin Putini hədəf kimi nəzərdən keçirə biləcəyinin mümkünlüyünü qəbul edir. 

Deputat hesab edir ki, okeanın o tayında öz planlarını həyata keçirmək qərarına gəlsəydilər, Amerika tərəfi ciddi nəticələr dövrü başlayardı.

Rusiya KİV-ləri xatırladıblar ki, ilk dəfə amerikalı jurnalist Taker Karlson Rusiya başçısının həyatına qəsd barədə danışmışdı. Onun sözlərinə görə, ABŞ-nin keçmiş dövlət katibi Antoni Blinken rusiyalı siyasətçinin sıradan çıxarılması ideyasını ortaya atmışdı. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu xəbəri şərh edərkən bildirmişdi ki, ölkənin xüsusi xidmət orqanları dövlət başçısının mühafizəsi üşün bütün tədbirləri görürlər. 

Xatirə SADİQ