Tramp Trüdo ilə söyüşlə danışıb
Kanadanın baş naziri ilə ölkələr arasında ticarət mübahisəsinə çevrilən süd məhsullarına tarifləri müzakirə edərkən Tramp dəfələrlə söyüş söyüb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “CBC News” mənbələrinə istinadən məlumat yayıb.
Amma amerikalı məmurun sözlərinə görə, Trüdo qeyri-normativ söz işlətməyib.
Tramp isə həm də sərhəd təhlükəsizliyinin kifayət qədər qorunmadığı səbəbindən Amerikaya daxil olan fentanili müzakirə edərkən “canlanıb”.
Məmur bildirib ki, Ağ Ev rəhbərinin Trüdo ilə telefon danışığında ABŞ-nin vitse-prezidenti Cey Di Vens də iştirak edib və Tramp Venslə birlikdə Trüdonun Kanadanın narkotik axınını azaltmaq üçün əlindən gələni etdiyi barədə sözlərini kəskin tənqid edib.
“CBC News”un həmsöhbəti vurğulayıb ki, söhbətŞ Trampın da dediyi kimi, “bir qədər dostluq manerasında” başa çatıb. Liderlər guya rəsmi şəxslərinin gələcək ticarət münasibətlərini müzakirə etmələri barədə razılığa gəliblər.
Trüdo jurnalistlərə bildirib ki, Trampla danışıqları 50 dəqiqə çəkib və gərginlik elementləri, xüsusən də ticarət müharibəsinə necə son veriləcəyi ilə bağlı “qızğın” olub.
Eyni zamanda, Kanadanın baş naziri bunu “əhəmiyyətli” adlandıraraq qeyd edib ki, bu ticarət problemlərini, ən azı, qısa perspektivdə nizamlamaq olar. Onun sözlərinə görə, üzunmüddətli perspektivdə Tramp, yəqin ki, tariflərə meyl göstərəcək.
Xatirə SADİQ