Ər-Riyaddakı danışıqların gündəliyi açıqlandı – Ukrayna XİN
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) 11 mart tarixində Ukrayna və ABŞ nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında nə barədə danışacaqlarına aydınlıq gətirib.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, XİN sözçüsü Georgi Tixi danışıqlarda Rusiya tərəfinin iştirakına dair məlumata malik olmadığını söyləyib.
Onun sözlərinə görə, danışıqların gündəminə Ukrayna–Amerika ikitərəfli münasibətləri, strateji tərəfdaşlıq və onun gələcək inkişafı kimi məsələlər daxildir və danışıqların mərkəzində sülhə yol olacaq.
“Rusların orada ola biləcəyi ilə bağlı heç bir məlumatımız yoxdur. Biz belə informasiya almamışıq və ondan çıxış edirik ki, Səudiyyə Ərəbistanında ikitərəfli Ukrayna-Amerika məsləhətləşmələri, görüşü, dialoqu keçirilməlidir. Orada hər hansı rusiyalının olmağı planlaşdırdığı barədə məlumat yoxdur”, - deyə XİN sözçüsü əlavə edib.
Xatirə SADİQ