“Dialoqda Böyük Britaniyanın və Fransanın iştirakını da istəyirik” – Peskov
“Rusiya və ABŞ arasında nüvə silahından imtinaya dair dialoq həm ölkələrin maraqları, həm də beynəlxalq təhlükəsizlik baxımından zəruridir”.
SAVASHMEDİA.az “RBC” telekanalına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov amerikalı lider Donald Trampın Moskva ilə nüvəsizləşdirmə üzrə danışıqlara başlamaq istəyi ilə bağlı bəyanatını şərh edərkən deyib.
Peskovun sözlərinə görə, Rusiya hesab edir ki, danışıqlarda Avropanın nüvə dövlətləri – Böyük Britaniya və Fransa da iştirak etməilidir.
“Bu dialoqun gedişində Avropanın nüvə arsenallarından yayınmaq mümkün deyil. Cənab Makronun Fransanın Avropa dövlətlərinin təhlükəsizliyini təmin etmək üçün öz nüvə çətirini təmin etmək niyyəti ilə bağlı son bəyanatını nəzərə alsaq, bu arsenalların nəzərə alınmasının aktuallığı indi əvvəlkindən daha yüksək olduğundan, biz əvvəlkitək buna əminik. Bəzi Avropa dövlətləri, eşitdiyimiz kimi, dünən bu ideyanı dəstəkləməyə tələsdilər. Ona görə də, bəli, belə təmaslar zamanı Avropanın nüvə arsenalları diqqət mərkəzində olmaya bilməz”, - Rusiya prezidentinin sözçüsü vurğulayıb.
Peskov bildirib ki, Pekinin bu məsələ ilə bağlı nöqteyi-nəzərini hələ öyrənmək lazımdır, çünki ABŞ və Çin arasındaə nüvə tərksilahına dair dialoq məsələlərinin hazırlığı hələ olmayıb.
“Bizim Çinlə yaxşı münasibətlərimiz var, onu inkişaf etdiririk və biz bütün strateji sabitlik məsələləri üzrə dialoq aparırıq. Biz bu dialoqu genişləndirəcəyik. Amerikalıların çinlilərlə öz münasibətləri var və burada təbii ki, amerikalılar qərarlarını Pekinin mövqeyini nəzərə alaraq verməlidirlər. Hələlik heç bir konkret danışıqlar olmayıb və bu cür təmasların nə vaxt baş tutacağına dair hələlik heç bir anlayış yoxdur”, - deyə Kremlin sözçüsü əlavə edib.
Xatirə SADİQ