Fələstinlilər Qəzzaya qayıdır
İsrail Müdafiə Qüvvələri (IDF) atəşkəs haqqında müqavilənin qüvvəyə mindiyini elan etdikdən sonra on minlərlə fələstinli Qəzzanın şimal hissəsinə yollanıb.
SAVASHMEDİA.az bu barədə “Associated Press” agentliyinə istinadən xəbər verir.
Bundan öncə İDF sözçüsü Avixaq Edri bildirib ki, Qəzza sakinləri anklavın şimal hissəsinə qayıda bilər. Fələstin anklavının sakinlərinə Ər-Rəşid və Salah əd-Din yolları vasitəsilə şimal rayonlarına qayıtmağa icazə verilir. Amma fələstinlilərə xəbərdarlıq edilib ki, İDF qüvvələri Beyt-Hanun, Beyt-Lahiya və Əş-Şucaiyyə rayonlarında qalır.
Xatirə SADİQ