Kseniya Sobçak prodüsseri ittiham etdi
Tanınmış teleaparıcı Kseniya Sobçak müğənni Qlukozanın hava limanında saxlanmasına görə prodüser Maksim Fadeyevdən şübhələndiyinə işarə edib.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, teleaparıcı bu barədə Telegram kanalında yazıb.
Sobçakın sözlərinə görə, Qlükozanın lentə aldığı video onun adekvat vəziyyətdə olduğunu göstərir. O, bildirib ki, bir prodüser müğənnidən şikayət etmək üçün “yüksək kabinetlərə” gedib.
Rusiya mediası ehtimal edir ki, bununla Kseniya müğənninin keçmiş prodüseri Maksim Fadeyevə işarə edib.
“Bilirəm ki, bir prodüser onu rüsvay edən və narkotika üzrə şöbəni çağırmaq üçün uşaqlara mahnı oxuyan narkoman qadından hansı yüksək kabinetlərə şikayət edib. Bütün bunlar iyrənc yalandır, onun məqsədi çoxdan ona pulu ödənilmiş brendi ələ keçirməkdir”, - deyə Sobçak öz fikrini bildirib.
O, əlavə edib ki, oxşar kampaniya guya Maks Fadeevin keçmişdə qəyyumluq etdiyi digər müğənniyə, Yuliya Saviçevaya qarşı başlanır.
Qeyd edək ki, “Qlükoza” ləqəbli müğənni Natalya-Çistyakova İonova paytaxtda saxlanıldıqdan sonra açıqlama verib. Onun sözlərinə görə, polis əməkdaşları məhz onu hava limanında gözləyiblər. Çünki polisə nüfuzlu şəxsdən ərizə daxil olub, bundan sonra müğənninin ağlı başında olmayan halda olduğundan şübhələnməyə başlayıblar.
Xatirə SADİQ