Kreml Aİ-nin dron bəyanatına məhəl qoymur - “Əsassızdır…”

Rusiya Avropa İttifaqı (Aİ) liderlərinin Avropanın müxtəlif yerlərində qeyri-adi dronların uçuşlarını Moskva ilə əlaqələndirən bəyanatlarını əsassız və səthi hesab edir. 

Oct 6, 2025 - 15:04
Kreml Aİ-nin dron bəyanatına məhəl qoymur - “Əsassızdır…”

SAVASHMEDİA.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

“Avropada indi hər şeydə Rusiyanı günahlandırmağa meylli olan çoxlu siyasətçilər var. Onlar bunu həmişə əsassız, fərq qoymadan edirlər. Biz bu ittihamlara belə münasibət bəsləyirik”, - deyə Kremlin sözçüsü vurğulayıb.
 
Son günlər Avropada naməlum dronların uçuşları səbəbindən iri şəhərlərin hava məkanları bağlanır. Almaniya kansleri Fridrix Merz bildirib ki, dronlardan casusluq və ya ölkəsinin sakinlərini qorxutmaq üçün istifadə edilə bilər.

Xatirə SADİQ