Nobel mükafatı onlara verildi - ADLAR + FOTO

Fiziologiya və tibb üzrə 2025-ci il üzrə Nobel mükafatı amerikalı alimlər Meri E.Brunkov və Fred Ramsdell, eləcə də yapon tədqiqatçısı Şimon Skaquçiyə verilib. 

Oct 6, 2025 - 14:54
Nobel mükafatı onlara verildi - ADLAR + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Nobel mükafatının saytında məlumat yayılıb. 

Laureatlar mükafata immunoloji tolerantlıq sahəsində kəşflərinə görə layiq görülüblər. Alimlərin tənzimləyici T-hüceyrələri ilə bağlı araşdırmaları immun sistemi xəstəlikləri üçün potensial müalicə metodlarının hazırlanmasına gətirib çıxarıb. Bu metodlar hazırda klinik sınaqdan keçirilir. 

Məlumatda deyilir ki, alimlərin işi otoimmün xəstəliklərin müalicəsi, xərçəngdən müalicənin effektivliyinin artırılması və kök hüceyrə transplantasiyası keçirən xəstələrdə ciddi fəsadların qarşısının alınması üçün ümid verir.
 
Üç alim 11 milyon İsveç kronu (təxminən 1,2 milyon dollar) məbləğində mükafat fondunu bölüşəcək.

Fiziologiya və ya tibb üzrə Nobel mükafatı hər il İsveçdəki Karolinska İnstitutunda Nobel Assambleyası tərəfindən verilir. 

Xatirə SADİQ