"Hamısı Xameneinin dəfnindədir, bir zərbə ilə..." - Trampdan gözlənilməz BƏYANAT
Vaşinqton İran rəhbərliyinə qarşı yeni hərbi zərbə endirmək niyyətində deyil, çünki belə bir addım gələcək danışıqları mümkünsüz edə bilər.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp bunu "Axios"a müsahibəsində deyib.
ABŞ prezidenti bildirib ki, İranın ali rəhbəri Əli Xameneinin dəfn mərasimini izləyir.
"İranın bütün rəhbərliyi oradadır. Bir zərbə ilə hamısını aradan götürmək olar. Amma biz bunu etməyəcəyik. Çünki o zaman danışıq aparacaq heç kim qalmayacaq", - Tramp bildirib.
O, həmçinin ABŞ və İran arasında danışıqların dəfn mərasimi başa çatana qədər bir həftəlik dayandırıldığını deyib və iddia edib ki, Tehran tərəfi razılıq əldə etməkdə maraqlıdır.
Tramp dəfn mərasimində insanların göz yaşları ilə bağlı da fikirlərini bölüşərək, bunun onu təəccübləndirdiyini deyib.
"Xamenei ilə vida mərasimində bəzi iranlıların ağladığını görüb təəccübləndim. Düşünürdüm ki, insanlar ona nifrət edir. Bəlkə də bunlar saxta göz yaşlarıdır", - ABŞ prezidenti bildirib.
Oğuz