Ədəbiyyat üzrə Nobel mükafatçısının adı açıqlandı
Cənubi koreyalı yazar Han Gang ədəbiyyat üzrə Nobel mükafatının builki qalibi elan edilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Nobel Komitəsi məlumat yayıb.
Komitə bildirib ki, yazar tarixi travma ilə üzləşən və insan həyatının kövrəkliyini ortaya qoyan zəngin, poetik nəsrinə görə bu mükafata layiq görülüb.
Xatirə SADİQ