Amerikalı alim Nobel mükafatı aldığından xəbərsizdir
Nobel komitəsi fiziologiya və tibb üzrə bu il mükafata layiq görülmüş amerikalı alim Fred Ramsdell ilə əlaqə saxlaya bilməyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
Nəşrin məlumatına görə, buna səbəb alimin “sivilizasiyadan uzaqda” piyada yürüş çərçivəsində “həyatdan həzz almasıdır”.
Ramsdellin dostu və laboratoriyanın həmtəsisçisi Ceffri Blustoun deyib ki, tədqiqatçı tanınmağa layiqdir, lakin onunla əlaqə saxlaya bilmir. Çünki alim dostu “Aydahonun hansısa xəlvət yerindədir”.
Xatirə SADİQ