AZAL-ın yüksək vəzifəli şəxsi vəfat etdi - FOTO
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) SƏTƏMM (Sağlamlıq, təhlükəsizlik və ətraf mühit) və Keyfiyyətə Nəzarət İdarəsinin rəisi Rəşad Haqverdiyev vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, o, bu gün səhər saatlarında dünyasını dəyişib.
1980-cı il təvəllüdlü R.Haqverdiyevin həyatını itirməsinə səbəb səhhətindəki problem olub.
Fotoda Rəşad Haqverdiyev