Helikopter magistral yola çırpıldı - VİDEO
ABŞ-nin Sakramento şəhərində REACH tibbi helikopteri qəzaya uğrayaraq magistral yola çırpılıb.
SAVASHMEDİA.az bu barədə CBS News telekanalına istinadən xəbər verir.
Məlumata görə, helikopterdə üç ekipaj üzvü olub. Onlardan ikisi yolda, üçüncüsü isə helikopterin altında sıxılmış vəziyyətdə tapılıb. Hər üç ekipaj üzvü ciddi xəsarətlərlə yerli xəstəxanalara çatdırılıb.
Qəzanın səbəbləri araşdırılır.
Xatirə SADİQ