Bu məşhur idmançı da Kadırovla eyni maşında olub - Qəzadan YENİ XƏBƏR
Çeçenistan rəhbəri Ramzan Kadırovun kiçik oğlu Adam Kadırovun avtomobil qəzasında ağır yaralanaraq xəstəxanaya yerləşdirilməsi haqda xəbər vermişdik.
SAVASHMEDİA.az-ın xəbərinə görə, hazırda Qroznı xəstəxanalarından birində olan Adamın yaxın saatlarda Moskvaya təxliyyəsi planlaşdırılıb.
Hadisə ilə bağlı digər yeni xəbər isə odur ki, qəza anında UFC döyüşçüsü Həmzət Çimayev də Adam Kadırovla eyni maşında olub. Onun sağlıq durumu ilə bağlı məlumat yoxdur.
Oğuz