Qazaxda maşın qatarla toqquşdu - Yaralılar var

Qazaxda avtomobil qatarla toqquşub, xəsarət alan var.

May 22, 2025 - 18:46
Qazaxda maşın qatarla toqquşdu - Yaralılar var

SAVASHMEDİA.az-ın məlumatına görə, görə hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dəmir yolu xəttinin rayonun Çaylı kəndindən keçən hissəsində qeydə alınıb. 

Hərəkətdə olan "Ford" markalı yük maşını dəmir yolu xəttinə çıxıb. Nəticədə qatar yük maşınını vurub. Bu zaman "Ford"un sürücüsü - 1978-ci il təvəllüdlü Tovuz rayon sakini Ə.Şirinov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bidirilir.


Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.