Məşhur müğənnidən təəccübləndirən paylaşım: “Maradona ölüb” - Foto

Türkiyənin məşhur müğənnisi Yıldız Tilbenin Maradona ilə bağlı paylaşımı fanatlarını təəccübləndirib.

May 22, 2025 - 18:52
Məşhur müğənnidən təəccübləndirən paylaşım: “Maradona ölüb” - Foto

SAVASHMEDİA.az xəbər verir ki, sevilən ifaçı sosial mediada Maradonanın öldüyünü yazıb:

“Maradona ölüb. İllər keçib. Hələ bu gün bilmişəm. Çox təəccübləndim”.

İzləyicilərinin bəziləri bu etirafdan təəccüblənsə də, bəziləri müğənnini dünyadakı hadisələrə qarşı vecsizliyinə görə qınayıblar.

Xatırladaq ki, futbolun əfsanəsi, argentinalı hücumçu Dieqo Armando Maradona 25 noyabr 2020-ci ildə infarktdan vəfat edib.

Banu

Fotoda: Yıldız Tilbe