Zülfüqar Xəlilov işdən çıxarıldı - Yeni təyinat 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İmişli 6 saylı "Magistral Yolların İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru Zülfüqar Xəlilov işdən çıxarılıb.

Jun 5, 2025 - 19:23
Zülfüqar Xəlilov işdən çıxarıldı - Yeni təyinat 

SAVASHMEDİA.az "qaynarinfo"ya istinadən xəbər verir ki, AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovun əmri ilə Zülfüqar Qarakişi oğlu Xəlilov vəzifəsindən azad edilib.

Saleh Məmmədovun digər əmri ilə MMC-nin direktoru vəzifəsinə Əflatun Xanoğlan oğlu Feyzullayev təyin olunub.

Qeyd edək ki, 6 saylı "Magistral Yolların İstismarı" MMC-nin uzun illər direktoru vəzifəsində Şükür Astanov işləyib. O, İmişli rayonunda "Orion-E" MMC və digər şirkətlər təsis edərək biznes fəaliyyəti ilə də məşğul olub. İşdən çıxarılan Zülfüqar Xəlilov da "Orion-E" MMC-nin direktoru vəzifəsində işləyib və rayonda Şükür Astanovun yaxın adamı kimi tanınıb.