Nüfuzlu saytın redaktoru saxlanıldı - FOTO
Rusiyada hüquq-mühafizə orqanları “Ura.ru” portalının redaktoru Denis Allayarovu yenidən saxlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti təhlükəsizlik qurumlarındakı mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, jurnalist ilkin ifadə üçün Rusiya İstintaq Komitəsinə çağırılıb və dindirilmədən sonra azad edilsə də, sonradan təkrar həbs olunub.
Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 272.1-ci maddəsi — şəxsi məlumatları əhatə edən kompüter informasiyasının qanunsuz yığılması, istifadəsi və saxlanması üzrə cinayət işi başlanıb. (musavat)
Fotoda Denis Allayarov