Keçmiş prezidentin qızı Obama soyadından imtina etdi - Foto
ABŞ-nin keçmiş prezidenti Barak Obamanın böyük qızı Malia “Obama” soyadından imtina edib.
SAVASHMEDİA.az xəbər verir ki, Malia ssenaristi və rejissoru olduğu “The Heart” adlı qısametrajlı filmdə Obama soyadından istifadə etməyib. O, adını Malia Ann yazdırıb.
Məsələ ilə bağlı açıqlama verən Mişel Obama bildirib ki, bu çox normal bir haldır. Çünki qızlar yeniyetmə və gənc yaşlarda ailələrindən müstəqil olmağa və öz adları ilə uğur qazanmağa çalışırlar. Hətta kiçik qızları Saşa da işlə ilə bağlı məsələlərdə Obama soyadından istifadə etmir. Xanım Obama qeyd edib ki, qızları istəmirlər ki, insanlar onların ailələrinə görə şanslı olduqlarını düşünsünlər.
Xatırladaq ki, Barak Obama da əvvəllər verdiyi açıqlamalarda Malianın filminə baxan insanların onu Obama soyadına görə deyil, işinin keyfiyyətinə görə tanımasını istədiyini bildirmişdi.
Banu
Fotoda: Malia Obama
Fotoda: Barak Obama və ailəsi