Zelenski Roma Papası ilə görüşdü: “Vatikana ümid edirik”
Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 9-da Roma yaxınlığındakı Kastel- Qandolfodakı iqamətgahda Papa XIV Leo ilə görüşüb.
SAVASHMEDİA.az bu barədə "Vatican News"a istinadən xəbər verir.
Zelenski iqamətgahın qarşısında toplaşmış insanların hüzurunda onu qəbul etməyə razılıq verdiyi üçün XIV Leoya təşəkkür edib.
Ukrayna prezidenti qeyd edib ki, onların görüşünün əsas mövzusu Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə olacaq.
“Əlbəttə, biz bu müharibənin bitməsini istəyirik və əlbəttə ki, biz Vatikana çox ümid edirik. Bu müharibəyə son qoymaq üçün Vatikanın və Zati Müqəddəslərin yüksək səviyyəli görüş üçün yer ayırılmasında bizə kömək edəcəyinə ümid edirik”, - Zelenski bildirib.
O, həmçinin Rusiya Federasiyası tərəfindən oğurlanmış ukraynalı uşaqların geri qaytarılmasında Vatikanın yardımına ümid etdiyini bildirib.
Zelenski ilə XIV Leo arasında keçirilən görüşdən sonra Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin açıqlamasında bildirilib ki, onlar davam edən müharibəni və sülhə aparan uzunmüddətli və ədalətli yolların tapılmasının zəruriliyini müzakirə ediblər.
Pontifik Rusiya və Ukrayna nümayəndələrini danışıqlar üçün Vatikanda qəbul etməyə hazır olduğunu bir daha təsdiqləyib.
Xatirə SADIQ