Texasdan sonra Nyu-Meksikonu da daşqınlar basdı
ABŞ-nin Texas ştatından sonra daşqınlar ölkənin Nyu-Meksiko ştatını məngənəsinə alıb.
SAVASHMEDİA.az “Axios” portalına istinadən xəbər verir ki, Nyu-Meksiko ştatının qubernatoru Mişel Lujan Qrişam daşqın səbəbindən fövqəladə vəziyyət elan edib.
Təbii fəlakət güclü yağışlardan sonra başlayıb. Artıq bir kişi və iki uşağın öldüyü məlum olub. Hər üç şəxsi su axını aparıb.
ABŞ Milli Hidrometereologiya Xidməti xəbərdarlıq edib ki, daşqınlar Amerikanın digər bölgələrini, xüsusilə də Çikaqonu əhatə edə bilər.
Xatirə SADIQ