Rusiyada daha bir əməliyyat: FSB onun da evinə basqın etdi... - FOTO

Bu gün səhər saatlarında Qorki adına Moskva Akademik Bədaye Teatrının direktoru Vladimir Kexmanın Moskva ərafında yerləşən evində axtarışlar aparılıb.

Jul 9, 2025 - 17:33
Rusiyada daha bir əməliyyat: FSB onun da evinə basqın etdi... - FOTO

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, axtarışda Rusiya Federasiyası İstintaq Komitəsinin və Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları iştirak ediblər.  

Məlumata görə, əməliyyat tədbirləri xüsusilə külli miqdarda mənimsəmə (Cinayət Məcəlləsinin 160-cı maddəsinin 4-cü hissəsi) ilə bağlı həyata keçirilib.

Rusiya mediası yazır ki, bu hadisə teatrın köhnə səhnəsinin yenidən qurulması ilə bağlı müqavilələrlə əlaqədardır. Müqavilələrin müddəti 2025-ci ilin oktyabrında başa çatmalıdır. Direktorun tutulması ilə bağlı prosessual qərar hələ qəbul olunmayıb.

Vladimir Kexman 2021-ci ilin oktyabrında Moskva Akademik Bədaye Teatrının direktoru təyin edilib. Bundan əvvəl o, Novosibirsk Dövlət Opera və Balet Teatrının baş direktoru və bədii rəhbəri olub, 2007-2015-ci illərdə Mixaylovski Teatrına rəhbərlik edib.

O, keçmişdə dələduzluq işinin fiqurantı olub. 2012-ci ildə onun şirkəti JFC müflis olduğunu elan edib, bundan sonra bir sıra banklar şirkətin menecerlərini kredit pullarını mənimsəməkdə ittiham edib. “Sberbank”ın iddiasına görə, 6 milyard rubl mənimsənilib, halbuki iddiaların ümumi məbləği 18 milyard rublu keçib. 

Əsas trastlar Böyük Britaniyanın yurisdiksiyasında olduğu üçün işə eyni vaxtda Moskva və Londonda baxılıb. 2017-ci ildə Rusiyada iddia müddətinin başa çatması səbəbindən iş bağlanıb, amma 2018-ci ildə London Ali Məhkəməsi Kexmanı dələduzluqda təqsirli bilib.

Xatirə SADIQ

Fotoda: Vladimir Kexman