"Putin oyun oynamır, o vuruldu" - Tramp
ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukrayna ilə bağlı danışıqlarda oyun oynaması iddiasını rədd edib.
SAVASHMEDİA.az xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə əlaqəli hərəkətlərinin məntiqini anladığını da bildirib.
Putini nəzərdə tutan və Rusiya rəhbərliyinin Ukrayna ilə bağlı açıqlamalarını şərh edən Tramp deyib: “O vuruldu, o da bunu vurdu. Bunu başa düşürəm. Amma ona ağır zərbə dəydi”.
ABŞ Pezidenti Ukraynanın iyunun 1-də Rusiya hərbi aerodromlarına endirdiyi zərbələrdən də danışıb.
“Mən onun (Putin) oyun oynadığını düşünmürəm”, - Tramp əlavə edib.