"Putin bu gecə qisas alacaq, Tramp onu dəstəkləyir" - Ukraynadan şok BƏYANAT
"Rusiya gecə saatlarında Ukraynanın qərar qəbuletmə mərkəzinə - Ali Radanın və Nazirlər Kabinetinin yerləşdiyi bloka zərbə endirəcək".
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna parlamentinin üzvü Roman Kostenko deyib.
Onun sözlərinə görə, Putin bu hücumla itirilmiş nüfuzunun bərpasına çalışacaq:
"Onlar bu hücumu dünyaya Ukraynanın son həmləsinin cavabı kimi satmağa çalışacaqlar. Giya əvəzedici qisas planıə hazırlayıblar. Rusiya 100 faiz bizə cavab zərbəsi endirəcək. Ən pisi isə odur ki, ABŞ prezidenti Donald Tramp belə bir hücumu dəstəkləyir və bu, çox üzücüdür".
Oğuz