Gürcüstan prezidenti inqilabın başına keçdi, aksiyaçılara qoşuldu - "Mən xalqla birgəyəm"
Gürcüstan Prezidenti Salome Zurabişvili Tiflisdə nümayişçilərə qoşulub və müqavimətə başladığını bəyan edib.
SAVASHMEDİA.az xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili paytaxt Tiflisdə parlament binası qarşısında keçirilən etiraz aksiyasına qoşulub.
Zurabişvili mitinq iştirakçılarına müraciət edərək, "Mən bu xalqla bir yerdəyəm. Bacardığım yerdə olacağam. Yeni (parlament) seçkiləri alana qədər bitməyəcək müqavimət başlayır" - deyib.
Prezidentin bu sözləri nümayişçilər tərəfindən alqışlarla qarşılanıb. Zurabişvili, ölkədə siyasi dəyişikliklərə nail olana qədər davam edəcək bir müqavimət hərəkətinə dəstək verəcəyini vurğulayıb.