Reanimasiyaya yerləşdirildiyi deyilən İlbər Ortaylıdan AÇIQLAMA
Türkiyənin məşhur tarixçisi, Azərbaycanda da kifayət qədər sevilən İlbər Ortaylının sağlıq durumu ilə bağlı həyacanlı xəbərlər gəlməkdədir.
SAVASHMEDİA.az-ın xəbərinə görə, onun infarkt keçirdiyi və bu səbəbdən də reanimasiyaya yerləşdirilməsi ilə bağlı xəbərlər yayılıb.
Bu iddiaların yayılmasından sonra sosial media üzərindən açıqlama yaymaq məcburiyyətində qalan İlbər Ortaylının yazdıqlarını təqdim edirik:
"Hörmətli izləyicilər. Kiçik bir rahatsızlık səbəbi ilə xəstəxanaya gəlmişəm. Müayinələrdən sonra evimə dönəcəyəm. Narahat olan bütün dostlarıma təşəkkür edirəm. Narahat olmaq üçün səbəb yoxdur. Hamınıza sağlamlıq arzulayıram".
Oğuz