Putin Rusiyanı "kağız pələng" adlandıran Trampa CAVAB VERDİ
Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampın Rusiyanı "kağız pələng" adlandırmasına ilk dəfə reaksiya verib.
SAVASHMEDİA.az xəbər verir ki, o, belə deyib:
"Kağız pələng? Yaxşı, onda get bu kağız pələnglə məşğul ol. Əgər biz bütün NATO bloku ilə mübarizə aparırıqsa və irəliləyiriksə, özümüzü inamlı hiss ediriksə və bu "kağız pələng"dirsə, onda NATO-nun özü nədir, nəyi təmsil edir?".
Putin əlavə edib ki, bu cür bəyanatları sakit qəbul edir və onların “ironik” verilə biləcəyini düşünür.
Xatırladaq ki, Donald Tramp bir neçə gün öncə “TruthSocial” sosial media hesabında Rusiyanın ciddi iqtisadi problemləri olan “kağız pələng” adlandırıb.
Oğuz