“Parlamentin birinci sessiyasını çağırmaqdan imtina etdim” – Salome Zurabişvili
Gürcüstan prezidenti Salome Zurabişvili 11-ci çağırış parlamentin ilk iclasının konstitusiyaya zidd olduğunu bəyan edib.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkə başçısı parlamentin ilk iclasından əvvəl social şəbəkələrdə yazıb.
Onun sözlərinə görə, kütləvi seçki saxtakarlığı parlamentin legitimliyini sarsıdıb.
“Mən birinci sessiyanı çağırmaqdan imtina etdim. Mənim müraciətim baxılması üçün Konstitusiya Məhkəməsindədir”, - deyə Zurabişvili vurğulayıb.
Xatirə SADİQ