Zaxarova Ermənistanı hədələdi - "Qazı dayandırarıq"

Rusiya ilə Ermənistan arasında enerji sahəsində mövcud əməkdaşlıq yeni gərginlik mərhələsinə qədəm qoyur.

May 27, 2026 - 18:02
Zaxarova Ermənistanı hədələdi - "Qazı dayandırarıq"

SAVASHMEDİA.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın İrəvanla bağlanmış enerji sazişinə dair mövqeyini açıqlayıb.

Onun sözlərinə görə, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma siyasəti davam edərsə, Rusiya qaz və neft məhsullarının tədarükünə dair sazişi dayandırmağa və ya birtərəfli qaydada ləğv etməyə hazırdır​. 

Zaxarova bildirib ki, 27 may tarixində Rusiyanın İrəvandakı səfirliyi Ermənistan tərəfinə energetika naziri Sergey Sivilyevin ünvanladığı məktubu təqdim edib. Sənəddə 2013-cü ildə imzalanmış enerji daşıyıcıları və almaz xammalının tədarükü ilə bağlı hökumətlərarası sazişin yenidən qiymətləndirilməsi ehtimalı yer alıb.

Moskvanın bu addımı Ermənistanın siyasi kursuna cavab kimi qiymətləndirilir və ikitərəfli enerji münasibətlərində dəyişikliklərin başlanğıcı ola biləcəyi bildirilir.

Oğuz