"Rasim Balayev yaşamaq istəmirdi, çünki..." - Ondan nəyi gizlətməyə çalışıblar? + VİDEO
“Bu gün tarixi bir gündür. Çünki böyük bir sənətkarı yola salırıq”.
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevlə vida mərasimində Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib:
“Gec-tez hamı dünyadan köçəcək. Son dəfə Bakıda görüşdük, həkimlər onu telefondan kənarlaşdırmışdı. Oğulları ilə danışırdım. O, dərmanlardan imtina etmişdi. Amma, sən demə, həqiqəti bilirmiş. Onda yaşamaq həvəsi heç yox idi. Səbəbi isə onkoloji xəstə olduğunu bilməsi idi. Biz ondan gizlətsək də, bilirdi...”