Hakan Fidanın qatıldığı Zirvə görüşündə yıxıldı - Həmin anın VİDEOSU
İslamabadda Pakistan, Türkiyə, Misir, Səudiyyə Ərəbistanı təmsilçilərinin Yaxın Şərqdəki vəziyyətlə bağlı Zirvə görüşü keçirilib.
SAVASHMEDİA.az xəbər verir ki, Zirvə görüşü xarici işlər nazirləri çərçivəsində təşkil olunub.
Pakistanı Məhəmməd İshaq Dar, Türkiyəni Hakan Fidan, Misiri Bədir Əbdüləti, Səudiyyə Ərəbistanını isə Feysəl bin Fərhan təmsil edib.
Görüşə damğa vuran hadisə isə Pakistan təmsilçisinin yıxılması olub. Belə ki, xarici işlər naziri Məhəmməd İshaq Dar misirli həmkarı Bədir Əbdüləti ilə salamlaşmaq istəyərkən ayağı sürüşüb və yerə yıxılıb. O, dərhal ayağa qalxıb və həmkarı ilə salamlaşıb. Daha sonra rəsmilər şəkil çəkdiriblər.
Banu