Pezeşkian Müctəba Xameneiyə 28 təhdid məktubu göndərib - İranlı deputat
İranda hakimiyyət daxilində ABŞ ilə danışıqlarla bağlı ciddi qarşıdurma yaranıb.
SAVASHMEDİA.az xəbər verir ki, İran parlamentinin deputatı Əbülfəzl Əbuturabi Prezident Məsud Pezeşkianı "ABŞ-nin tələsi"nə düşməkdə ittiham edib.
Deputat iddia edib ki, Pezeşkian ABŞ ilə danışıqlara razılıq almaq məqsədilə Ali Rəhbər Müctəba Xameneiyə təzyiq göstərib, hətta məqasədinə çatmaq üçün onu təhdid edib.
Pezeşkianın ABŞ ilə danışıqların vacibliyi ilə bağlı Müctəba Xameneiyə 28 məktub göndərdiyini iddia edən deputatın sözlərinə görə, həmin məktublarda Ali Rəhbərə qarşı təhdid xarakterli ifadələr yer alıb.
O, bu məsələdə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafı Pezeşkianın müdafiəçilərindən biri adlandırıb.
Oğuz