Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn edildi - FOTOLAR

Azərbaycanın iki gün öncə vəfat edən Xalq artisti, məşhur aktyor və rejissoru Tofiq Mirzəyev İsraildə dəfn edilib.

Jul 23, 2026 - 16:24
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn edildi - FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, Tofiq Mirzəyev 16 iyun 1932-ci ildə Bakıda anadan olub. Ata tərəfdən Gədəbəylidir. Anası Bella İlyinşina yəhudi olub. Qardaşı Teymur Mirzəyev isə musiqiçi idi. Azərbaycan kino və teatrına xidmət edən məşhur aktyor xanımını itirdikdən sonra İsrailə köçüb.

Uzun illər İsraildə yaşayıb və ictimai fəaliyyətlə məşğul olub. Aktyor İsraildə fəaliyyət göstərən Hayfa-Bakı cəmiyyətinin üzvü olub. Xalq artistinin Teymur adlı oğlu var. Tofiq Mirzəyev yazıçı Anar ilə bacanaqdır.

Xalq artisti arasında "Uşaqlığın son gecəsi", "Nəsimi", "Təhminə", "O qızı tapın", "İstintaq", “Onun bəlalı sevgisi”, “Güzgü”, “Cin mikrorayonda” və başqa məşhur filmlərdə rol alıb.  Aktyor "Mosfilm" və "Dovjenko" studiyalarında da filmlərə çəkilib.

Banu