Zelenski Ağ Evdə meydan sahibinə qarşı - "Ərazi güzəştləri mümkün deyil"
Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdəki görüşdə müharibənin vurduğu zərərin Rusiya tərəfindən tam ödənilməsində israr edib.
SAVASHMEDİA.az xəbər verir ki, bunu “Financial Times” yazıb.
Nəşrin yazdığına görə, Zelenski kompensasiyanın Qərb banklarında dondurulmuş Rusiya aktivlərindəki 300 milyard dollar hesabına ödənilə biləcəyini deyib. Ukrayna lideri həmçinin bildirib ki, sanksiyaların istənilən yumşaldılması yalnız Rusiyanın gələcək razılaşmalara əməl edəcəyi halında mümkün ola bilər.
O, “cəbhə xəttinin dondurulması” təklifini də rədd edib. Mənbələrə görə, Ukrayna lideri Vladimir Zelenski Ağ Ev rəhbəri Donald Trampa təhlükəsizlik zəmanəti müqabilində Amerika silahlarını almaq üçün 100 milyard dollarlıq müqavilə təklif edib.
Zelenski həmçinin bəyan edib ki, Ukrayna Rusiyaya ərazi güzəştlərini ehtiva edən heç bir sazişlə razılaşmayacaq və tam sülh anlaşmasının ilkin şərti kimi atəşkəsdə israrlıdır.
Kiyev həmçinin Putinin Alyaskada Trampa Ukrayna qoşunlarının Donetsk və Luqansk vilayətlərindən çıxarılması müqabilində cəbhə xəttini dondurmaq təklifini də rədd edib.
Oğuz