"Putinlə danışdım, o, razıdır" - Tramp 

Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna lideri Volodimir Zelenski arasında görüşün təşkili istiqamətində çalışmağa başladım.

Aug 19, 2025 - 02:25
"Putinlə danışdım, o, razıdır" - Tramp 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün sosial şəbəkə hesabında yazıb.

"Görüşlərin nəticəsi olaraq, mən Prezident Putinə zəng etdim və Prezident Putinlə Prezident Zelenski arasında, yeri müəyyən ediləcək bir görüşün təşkilinə başladım. Bu görüş baş tutduqdan sonra, biz üçtərəfli görüş keçirəcəyik. Bu görüşdə iki Prezident və mənim iştirak edəcəyəm. Yenə də, bu, demək olar ki, dörd ildir davam edən müharibə üçün çox yaxşı, erkən addım oldu", - paylaşımda deyilir.

Tramp haqqında bəhs etdiyi görüşlərin nə vaxt baş tutacağını açıqlamayıb.

O bildirib ki, bu gün keçirdiyi görüşlər Ukrayna üçün təhlükəsizlik zəmanətləri mövzusu ətrafında cəmləşib. Bu zəmanətlər ABŞ ilə koordinasiyalı şəkildə müxtəlif Avropa ölkələri tərəfindən təmin ediləcək.

"Rusiya və Ukrayna üçün sülh imkanının olmasından hamı çox məmnundur", - Tramp bildirib. (teleqraf)