"Bir-iki tərif eşitmək üçün özünü alçaltdı" - Ərdoğandan CHP sədrinə sərt sözlər

Nazirlər Kabinetinin toplantısından sonra çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özellə bağlı sərt danışıb.

Nov 3, 2025 - 22:37
"Bir-iki tərif eşitmək üçün özünü alçaltdı" - Ərdoğandan CHP sədrinə sərt sözlər

SAVASHMEDİA.az xəbər verir ki, Ərdoğan Özgür Özelin ona verdikləri şansı itirdiyini bildirib.

“Biz CHP-nin yeni sədrinə ilk mərhələdə şans vermişdik. Vəzifəyə gələrkən verdiyi “xaricdə Türkiyənin partiyası olacağıq” sözündən ümidlənmişdik. Lakin hörmətli sədr başqa öhdəlikləri kimi bu sözünün də öhdəsindən gələ bilmədi”.

Ərdoğan Özelin səhv yolda olduğunu vurğulayıb:

“Daxili siyasətin qısamüddətli müzakirələrini xaricə daşıdı. Bir-iki alqış, bir-iki tərif cümləsi eşitmək, bir iki marjinaldan dəstək qoparmaq üçün həm yüzillik partiyanı, həm də özünü alçaltdı. Hələ də bu qüsurlu xətdə siyasət aparmaqda davam edir. İnşallah səhv yolda olduğunun özü də tezliklə anlayar. Ana müxalifət partiyasının lideri ölkəsindən şikayət etmək üçün Avropanın qapısında gecələdiyi halda, biz Türkiyəni regional cazibə mərkəzinə çeviririk”.

Banu