Türk aktyor vəfat etdi – 8 ay əvvəl xanımını itirmişdi... + FOTOLAR

Türk teatr sənətinin əfsanəsi, ustad aktyor Ahmet Gülhan vəfat edib.

Nov 3, 2025 - 22:54
Türk aktyor vəfat etdi – 8 ay əvvəl xanımını itirmişdi... + FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, aktyorun ölümü Türkiyənin incəsənət cameəsini yasa boğub.

Mədəniyyət xadimləri, məşhur aktyorlar A.Gülhanın ölümü ilə bağlı başsağlığı mesajları yayımlayıblar.

Ahmet Gülhan mart ayında həyat yoldaşı, aktrisa Gülümser Gülhanı itirib. Cütlük illərlə çiyin-çiyinə eyni teatrda fəaliyyət göstəriblər.

Qeyd edək ki, Ahmet Gülhan “Perihan Abla”, “Mahallenin Muhtarları”, “ Sev Kardeşim”, “Cümbür Cemaat Aile”, “Kardeşim benim” kimi film və seriallarda rol alıb.

Banu

Fotoda: Ahmet Gülhan

Fotoda: Ahmet Gülhan və həyat yoldaşı Gülümser Gülhan