"Çantasını yığmasın, qaçmaq fürsəti olmayacaq" - Paşinyan ona da söz göndərdi
Ermənistanın Baş naziri Nikol Paşinyan sabiq prezident Robert Köçəryanın ölkədən çıxışına icazə verilməməsi fonunda sərt açıqlama verib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Paşinyan bildirib ki, “üçbaşlı mafiya” adlandırdığı qüvvənin sonu çatıb və onların məğlubiyyəti qaçılmazdır.
Baş nazir həmçinin sabiq prezident Serj Sarkisyanı da hədəf alıb: “Panikaya düşüb çantasını yığmağa tələsməsin. Ermənistandan qaçmaq fürsətini xəyal edəcək, amma bu imkanı olmayacaq”.
Qeyd edək ki, son günlər Ermənistanda müxalif siyasi fiqurlara qarşı tədbirlər güclənib.
Bir neçə gün əvvəl “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan barəsində cinayət işi açılıb və onun ölkədən çıxışına məhdudiyyət qoyulub.
Bu gün isə Ermənistanın ikinci prezidenti Robert Köçəryan ölkədən qaçmaq istəyərkən Zvartnots hava limanında saxlanılıb.
Oğuz