Tramp Putinlə danşdıqdan sonra Oval kabinetə qayıtdı - İclas jurnalistlərsiz davam edir
Rusiya prezidenti Vladimir Putinə zəng etmək üçün Zelenski və Avropa liderləri ilə danışıqları yarımçıq dayandıran ABŞ prezidenti Donald Tramp Oval kabinetə qayıdıb.
SAVASHMEDİA.az xəbər verir ki, bununla da yarımçıq dayandırılan iclas işinə davam edib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin sözçüsü Sergey Nikiforov bildirib ki, danışıqların birinci hissəsindən fərqli olaraq ikinci hissə jurnalistlərin iştirakı olmadan davam edir.
Xatırladaq ki, Ağ Ev rəhbəri ilə görüşə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Corcia Meloni və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen qatılıb.
Oğuz