Rusiya Sibiri özbək torpaqları adlandıran azərbaycanlı deputatdan əl çəkmir - TƏFƏRRÜAT

Xantı-Mansiysk Muxtar Dairəsinin (XMAO) Dumasında təmsil olunan azərbaycanlı deputat Xalid Tağızadənin son qalmaqallı çıxışından sonra ona qarşı təqib hərəkətləri başladılıb. 

Jun 4, 2025 - 00:59
Rusiya Sibiri özbək torpaqları adlandıran azərbaycanlı deputatdan əl çəkmir - TƏFƏRRÜAT

SAVASHMEDİA.az xatırladır ki, deputat parlamentdəki çıxışı zamanı Sibir xanlığının tarixini xatırladaraq  özbəklərin Yuqranı öz tarixi vətənləri kimi görmələrində problem olmadığını deyib.

Tağızadə bildirib ki, Yuqra və Tümen vilayətinin bir hissəsi tarixi baxımdan Sibir xanlığına məxsus olub və sonuncu hökmdar Xan Küçüm Buxara xanlığından çıxmış özbək Şeybanilər sülaləsinə mənsub olub. Bu səbəbdən bəzi miqrantların bölgəyə "öz tarixi torpaqları" kimi yanaşması normaldır.

Deputatın bu çıxışından sonra ona qarşı təzyiqlər artıb və Xalid Tağızadə Rusiyanı tərk edərək Azərbaycana gəib.

Rusiya dövlət qurumları isə Xalid Tağızadəyə qarşı repressiya maşınını işə salıb . Deputata qarşı federal səviyyədə genişmiqyaslı kampaniyaya başladılıb və o, real Rusiya tarixini təhrif etməklə serataçılıq fəaliyyətində ittiham edilib. Tağızadə "separatçılıq", "təxribat", "Rusiyanın suverenliyinə qəsd" və digər ağır cinayətlərdə ittiham olunub. 

Məlumatlara görə, deputatın mart sessiyasında mənzil-kommunal təsərrüfatı müəssisələrindən birinə rəhbərlik edən qardaşı Pərviz Tağızadənin maraqlarına xidmət edən layihəyə səs verdiyi ortaya atılıb.

Oğuz